Preloader Close

Haqqımızda

19

İl Sizinlə

Dayanıqlı Biznes Üçün Professional Həllər

"IIB Consulting Group" 2005-ci ildən fəaliyyətə başlayıb. Əsas fəaliyyətimiz mühasibat uçotu, maliyyə idarə edilməsi üzrə konsaltinq, müqavilə hüququ, hüquqi şəxslərin qeydiyyata alınması və insan resurslarının idarə edilməsi ilə bağlı müvafiq sənədləşmələrin aparılmasıdır. Mühasibat uçotu əsasən “outsource” prinsipi və ya sifarişə uyğun müştərilərin iş yerlərində həyata keçirilir.

IIB Haqqında

Xidmətlərimizdən Yararlanın Biznesinizə Daha Çox Vaxt Ayırın

Bizim müştərilər – neft-qaz sahəsində xidmət göstərənlər, ticarət obyektləri, tikinti , reklam şirkətləri , informasiya agentlikləri və sair fəaliyyətlə məşqul olan hüquqi şəxslərdir.

  • Vəzifə
  • İş Prinsipi

Şirkətin əsas vəzifəsi iqtisadiyyatın inkişafına və cəmiyyətin rifahına kömək etməkdir. Buna nail olmaq üçün biz ən yüksək professional və etik standartlara uyğun gələn keyfiyyətli mühasibat və konsaltinq xidmətləri göstəririk.

Vəzifənin həyata keçirilməsinin xüsusiyyəti - maddi-mülki münasibətlər, dövlətin vergi və icbari ödənişləri və maddi qiymətlərin bölünməsi sahələrində, eləcə də ticarət və şəxsi sirlərin qorunmasında olan maraqların təmin edilməsi və qeyd edilənlərlə bağlı yaranacaq suallara aydınlıq gətirilməsidir.

"IIB Consulting Group" şirkətinin başlıca iş prinsipi – müştərini məmnun etməkdir. Bizim ştatda yalnız yüksək professional mütəxəssislər, mühasiblər və maliyyəçilər çalışmaqdadırlar.

"IIB Consulting Group" konsaltinq şirkətinin mütəxəssislərinin əsasını təşkil edən prinsiplər düzlük və təmizlik, etika, obyektivlik və müstəqillik, məlumatların məxfiliyi, etibarlılıq və yüksək peşəkarlıqdır.

Ona görə də şirkətin rəhbərliyi mütəxəssislər arasında seçim edərkən, namizədlərin etik, iş və peşəkar keyfiyyətlərinə xüsusi diqqət yetirir.

Tam məxfilik, inam və qarşılıqlı hörmət, professionallıq – şirkətin uğurla reallaşdırdığı əməkdaşlıq formuludur.

Sualınız var? Zəng vurun
+994 (12) 480 3030
+994 (99) 480 3030

Partnyorlarmız